Gürcüstan Prezidenti Mixail Kavelaşvili müqəddəs "Ninoy Günü" münasibətilə 59 nəfəri əfv edib.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, əfv aktı 57 məhkuma təsir edib və iki nəfərin məhkumluğu ləğv edilib.
Qeyd edək ki, bu son 10 gündə Gürcüstan Prezidentinin imzaladığı ikinci əfv sərəncamıdır. Kavelaşvili Epifaniya bayramı münasibətilə yanvarın 19-da 159 məhkumu əfv edib.