“Maduronun İvanişvilidən daha çox pulu var idi. Maduro da İvanişvili kimi 14 il hakimiyyətdə qaldı. Maduro da İvanişvili kimi müxalifləri həbs edirdi”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Venesuela Prezidenti Nikolas Maduronun ABŞ-nin müdaxiləsi ilə devrilməsi barədə danışarkən deyib.
“Maduro da müxalifəti zəiflədirdi, necə ki, indi bunu İvanişvili edir. Orada da müxalifət parçalanmışdı, daim küçələrə çıxırdı. Maduronun da dəmir bunkeri vardı, İvanişvilinin də sarayının altında dəmir bunkeri var. Maduro qaçmaq üçün bunkerə çatmağa macal tapmadı, İvanişvili də tapmayacaq.
İvanişvilinin hakimiyyəti daha uzun müddət qoruyub saxlaması üçün heç bir faiz belə şans yoxdur. İvanişvilinin hələ də ölkənin başında olduğu müddətdə Gürcüstanın salamat qalıb-qalmayacağı da başqa bir sualdır”, - o bildirib.
Mixeil Saakaşvili hesab edir ki, Venesuelada baş verənlər dünya üçün təhlükəli presedent yaratmayacaq:
“Venesuela hadisəsinin beynəlxalq hüquq üçün təhlükəli presedent yaradacağından narahat olanları sakitləşdirmək istəyirəm: beynəlxalq hüquq hələ 2022-ci ildə (Rusiya Ukrayna hərbi müdaxilə edəndə) ölüb, diktatorun devrilməsi isə son dərəcə yaxşı xəbərdir”.