Şiddətli doludan sonra Meksikanın Qvadalaxara şəhəri buz qatı ilə örtülüb. Brada belə güclü dolu ilk dəfə qeydə alınıb.
AZƏRTAC Economista nəşrinə istinadla xəbər verir ki, şəhərin bir neçə rayonunda buzun qalınlığı bir metrə çatır. Dolu yolların çox hissəsini örtüb, nəqliyyatın hərəkəti dayanıb. Bəzi avtomobillər buzun əhatəsində qalıb. Bir çox binalar zədələnib.
Diario de Mexico nəşrinin məlumatına görə, şəhərin buzdan təmizlənməsinə hərbçilər, mülki müdafiə qüvvələrinin və yerli bələdiyyə orqanlarının əməkdaşları cəlb edilib. Artıq şəhərin buzla örtülmüş hissəsinin 70 faizini təmizləmək mümkün olub.
Xəsarət alanların olub-olmadığı barədə məlumat verilmir.