2024-cü ildə Ukraynanın dövlət borcu xarici valyuta ekvivalentində 14,3% artaraq 166,1 milyard dollar təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Danilo Getmantsev öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, borc 20,7 milyard dollar artıb
"2024-cü ilin sonuna qədər dövlət borcunun ÜDM-ə nisbəti 2023-cü ildəki 84,4 faizlə müqayisədə ÜDM-in təxminən 90,4 faizini təşkil edəcək", - Rada deputatı yazıb.