Tallində ilk dəfə olaraq kiberdiplomatiya məktəbi açılıb



İyulun 22-də Estoniyanın paytaxtı Tallində dünyada ilk dəfə olaraq kiberdiplomatiya yay məktəbi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, məktəbin builki iştirakçıları 26 ölkədən 80 diplomat və ekspertlər olacaq.

Yay məktəbinin konsepsiyası sürətlə inkişaf edən rəqəmli texnologiyaların tətbiqi və kibertəhlükəsizlik məsələlərinin dünya diplomatiyasına təsiri və həllidir. Beşgünlük kurs əsasən səfirliklər və beynəlxalq təşkilatlarda siyasi həllər zamanı kiber üsullardan istifadə edən əməkdaşlar üçündür. Mühazirələri dünyanın bu sahə üzrə ən görkəmli kiberdiplomatları aparacaq.

Kurslar dünya üzrə fəaliyyət göstərən diplomatlar üçün açıqdır.