Gürcüstanda zəlzələ oldu


Gürcüstanda 4 bal gücündə zəlzələ olub.
APA -nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Yer Elmləri İnstitutu və Seysmik Monitoring mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Zhisxava kəndi yaxınlığında, Onidən 1 km cənubda qeydə alınıb. Hadisə nəticəsində dağıntı olmadığı bildirilib.