İlk zərbə bu ölkəyə vurulacaq - İrandan savaş ssenarisi


ABŞ-la mümkün müharibə vəziyyətində ABŞ-ın bölgədəki bazaları İran tərəfindən vurulacaq.
Publika.az xəbər verir ki, bunu İranın Müdafiə naziri Hüseyn Dehqani bildirib.
Müdafiə naziri zərbələrin mərkəzinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olacağını deyib.
O, raket proqramı mövzusunda ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, heç kimlə danışıqların aparılmayacağını söyləyib.