Ölüm xəbəri yayılan Berdiməhəmmədov televiziyaya çıxdı - FOTO


Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiya mətbuatında vəfat etməsi ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.
“Rosbalt” xəbər verir ki, Q.Berdıməhəmmədov ictimaiyyət arasında doqquz gün görünmədikdən sonra dövlət televiziyasına çıxıb və inşa ediləcək “Aşqabad-siti”də bir sıra tikinti layihələrini təsdiq edib.
Türkmənistan dövlət informasiya agentliyinin məlumatına əsasən, Prezident iyulun 15-dən əmək məzuniyyətində olub.
Qeyd edək ki, daha əvvəl Rusiyanın bəzi mətbuat orqanları Q.Berdiməhəmmədovun ölüm xəbərini yaymışdı. Guya Aşqabaddan olan sahibkarlar bu barədə Avrasiya Problemləri Monitorinqi Mərkəzinin rəhbəri Aslan Rubayevə məlumat veriblər.