ABŞ hərbi təyyarəsi Gürcüstanda təlimdə iştirak edib


ABŞ-ın hərbi-dəniz donanmasının “P-8 Poseidon” patrul təyyarəsi Gürcüstana ilk tarixi səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Təyyarə Gürcüstanın Sərhəd Mühafizəsi Xidməti ilə birgə Qara dənizin şərq hissəsində təlimdə iştirak edib.

Səfirliyin məlumatında qeyd olunub ki, bu səfər Gürcüstan və ABŞ arasında güclü hərbi əməkdaşlığın olduğunu göstərir.