Nyu-Yorkda atışma: 1 nəfər ölüb, 11 nəfər yaralanıb

Nyu-Yorkun Bruklin rayonunda bayram şənliyi zamanı atışma olub.

APA-nın xəbərinə  görə, bu barədə "New York Post" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Atışma nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda polis atəş açan şəxsləri axtarır.