Terrorçular dəfndən gələn insanları atəşə tutdu


“Boko Haram” terror təşkilatının silahlıları Nigeriyanın şimal-şərqindəki kəndlərdən birinə hücum edib

Bununla bağlı “France Presse” məlumat yayıb. 

Hücum zamanı 23 kəndli öldürülüb. Məlumatlara görə, terrorçular Borno ştatındakı kəndə motosikletdə gəliblər və dəfn mərasimindən gələn insanlara atəş açıblar.