Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə avqustun 19-da görüşəcəyini açıqlayıb.
APA-nın BFM telekanalına istinadən verdiyi məlumata görə, görüş Fransa Prezidentinin Breqanson limanındakı yay iqamətgahında keçiriləcək.
E. Makron iqamətgahda digər ölkələrlə telefon əlaqəsi saxlamaq üçün lazımi avadanlıqlar olduğunu bildirib.