Hindistanda daşqınlar nəticəsində 100 nəfər ölüb



Hindistanın üç ştatında güclü yağış səbəbindən daşqınlar nəticəsində 100-dən çox insan həyatını itirib.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi bildirib.

Məlumata əsasən, Kerala ştatında ölənlərin sayı 51-ə çatıb, 100 nəfərdən çoxu təxliyə edilib.

Maxaraştra və Karnataka ştatlarında müvafiq olaraq 29 və 24 nəfər həlak olub.