İran "S-300" uzaq mənzilli hava hücumundan müdafiə sistemlərini Buşehr vilayətində yerləşən Əsəluyə şəhərindən çıxarıb.
"Jane"s 360" nəşri xəbər verir ki, bunu peykdən çəkilmiş fotoşəkillər də təsdiq edir.
Güman edilir ki, Tehran Fars körfəzi regionunda artıq heç bir eskalasiyanın baş verməyəcəyi qənaətinə gəlib və bu addımı atıb.
Qeyd olunur ki, söhbət 2016-cı ildə İranın Rusiyadan aldığı "S-300PMU-2" sistemlərindən gedir. İran mayda bu sistemlərin bir batareyasını Əsəluyə şəhərinin aviabazasında yerləşdirib.
Sistemin Fars körfəzinin mərkəzi hissəsini nəzarətdə saxlamağa imkan verdiyi bildirilir.