2019-cu ilin səkkiz ayı ərzində Rusiyada korrupsiya faktları ilə bağlı büdcəyə vurulan ziyan təxminən 102 milyard rubl təşkil edib.
Bu barədə “Rusiya polisi” jurnalı məlumat yayıb.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmisi Dmitri Sevastyanovun sözlərinə görə, 2019-cu ilin yanvar-avqust aylarında 18,4 min korrupsiya cinayəti müəyyən edilib.
D. Sevastyanov bildirib ki, ölkədə korrupsiya faktına görə min vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.