İraqın Baş naziri Məhəmməd Sudani Türkiyədə səfərdədir.
Axar.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş nazirini qəbul edib.
İstanbulda yerləşən Vahdettin köşkündə keçirilən görüşdə Türkiyə-İraq arasındakı ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər də müzakirə edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan İraq hökumətinin PKK/KCK terror təşkilatı ilə mübarizəyə dair atdığı müsbət addımların Türkiyədə məmnunluqla qarşılandığını vurğulayıb.