Moskvada “İnterfaks” agentliyinin redaktoru Marqarita İqnatova itkin düşüb.
Trend-in məlumatına görə, jurnalist ötən gündən bəri heç kimlə əlaqə saxlamayıb.
Yaxınlarının sözlərinə görə, M.İqnatova noyabrın 17-də kilsəyə gedib və bundan sonra ondan xəbər yoxdur.
Onun özü ilə pul, sənəd və telefon götürmədiyi deyilir. Jurnalistin axtarışları aparılır.