Polşanın “Mysl Polska” nəşri dərc etdiyi materialda ABŞ-la Rusiya arasında 2 mümkün müharibə ssenarisini yayımlayıb.
Axar.az xəbər verir ki, ilk ssenaridə ABŞ-ın mümkün olan bütün silahlardan, həmçinin nüvə bombalarından istifadə etməklə Rusiya ərazisinə genişmiqyaslı hücuma keçdiyi qeyd olunur.
Hadisələrin sonrakı inkişafında isə Kremlin də Vaşinqtona oxşar zərbələrlə cavab verəcəyi bildirilir.
İkinci ssenari isə Rusiyanın iqtisadi cəhətdən təcrid olunmasını əks etdirir. İqtisadi təzyiq Rusiyada “siyasi rəhbərliyin dəyişməsi”nə hesablanır.
Material müəllifinin sözlərinə görə, hər iki variant realdır, çünki Vaşinqton təcili olaraq “nisbətən genişmiqyaslı müharibəyə” ehtiyac duya, bu zaman isə Rusiya ən uyğun düşmən hesab oluna bilər. Çünki Vaşinqton onsuz da Moskvanı özünə tabe etmək üçün əlindən gələni edir.