Belarus Prezidenti Aleksandr Lukaşenko oğluna vəzifə verib. “Belta”nın məlumatına görə, prezidentin böyük oğlu Viktor Respublika Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilib.
Belarus başçısı bu təklifin ona aid olmadığını və hazırda oğlınun milli təhlükəsizlik üzrə prezident köməkçisi işlədiyini bildirib.
Ölkə başçısı oğlunun iki vəzifəni icra edə biləcəyi barədə qərar vermədiyini də deyib.
“Bu, dövlət üçün böyük itki olacaq. Mən artıq bir dəfə onun köməkçim olduğunu demişəm, çünki mənim güc strukturları ilə yaxın açıq kanala ehtiyacım var”, – deyə Lukaşenko vurğulayıb.