ABŞ Dövlət katibi Mayk Pompeo öz Tvitter səhifəsində farsca İrandakı etirazçılara müraciət edib.
O, müraciətində ABŞ-ın insan haqlarının pozuntusuna görə İrana qarşı sanksiya tətbiq etməsi üçün etirazçılardan mitinqlərin foto və videolarını onlara göndərməyi xahiş edib.
“Mən İrandakı etirazçılardan xahiş etdim ki, bizə rejimin aksiya iştirakçılarını təqib etməsini sənədləşdirəcək video, foto və informasiyalar göndərsinlər. ABŞ bunu ictimaiyyətə təqdim edəcək və pozuntulara görə sanksiya tətbiq edəcək”.