Dünya ciddi çağırışlar və təhdidlərlə üz-üzədir.
Axar.az xəbər verir ki, bunu Rusiyan Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
“Biz görürük ki, dünya ciddi çağırışlar və təhdidlərlə üz-üzədir. Qeyri-müəyyənlik faktorları çoxalır, texnologiya sürətlə inkişaf edir. Hərbi sahədə rəqabət artır, yeni formalar qəbul edilir”, - Putin bildirib.
Putin, həmçinin, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması cəhdləri və kosmosun hərbiləşdirilməsinin narahatlıq yaratdığını deyib.
Rusiya lideri yaxın 10 ildə Təhlükəsizlik Şurasının hədəfinin hərbi, texniki və kadr potensialının effektiv xərcləmələr hesabına gücləndirilməsi olduğunu vurğulayıb.