Rusiyada 2025-ci ilə qədər döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik olan çoxfunksiyalı robotlardan ibarət qruplaşmalar yaradıla bilər.
Bu barədə RİA “Novosti” müdafiə-sənaye kompleksindəki mənbəyə istinadən xəbər verir.
Bildirilir ki, qruplaşmaların formalaşdırılmasına 2020-ci ildən başlanıla bilər.
"Biz 2025-ci ilə qədər bu məsələni fundamental və təcrübi-konstruktor baxımından həll etməliyik”, - məlumatda deyilir.
Qeyd edilir ki, qruplaşmaların sonra silahlı qüvvələr sisteminə inteqrasiyası planlaşdırılır.