İrandakı etiraz aksiyalarının təxminən 100 lideri İran İslam İnqilabı Keşikçilər Korpusu tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, bunu İran Ali Məhkəməsinin rəsmi nümayəndəsi Qulam Hüseyn İsmayili deyib.
“Yalnız SEPAH tərəfindən etiraz aksiyalarının təxminən 100 lideri ölkənin fərqli hissələrində həbs edilib. Digər şübhəlilər, tezliklə, həbs ediləcək, - deyə o bildirib.