Tokio baş diplomatını Rusiyaya göndərir

Yaponiya Xarici İşlər naziri Tosimitsu Moteqi dekabrda Rusiyaya gələcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov məlumat verib.

Lavrovun sözlərinə görə, görüşdə Tokio və Vaşinqtonun hərbi alyansı və onun Moskvaya qarşı fəaliyyəti müzakirə ediləcək.

O həmçinin Yaponiya ilə ABŞ-ın Rusiya və Çinin onlar üçün böyük təhdid kəsb etməsini ictimai formada bəyan etdiklərini bildirib.