Türkiyə Suriyanın şimalında terror dövlətinin yaranmasına imkan vermədi.
“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Barış pınarı” antiterror əməliyyatını şərh edərkən deyib.
Ərdoğan İzmirdə çıxış edərkən YPG və PKK-nı nəzərdə tutaraq, Türkiyə ilə sərhəddə dövlət qurmaq istəyən qüvvələrin məğlubiyyətə düçar olduqlarını elan edib. Çıxışının davamında Ərdoğan sərhəd ərazilərdə terrorçuların silah anbarlarının aşkarlandığını, ərazidə tapılan silahların ordu tərəfindən yığıldığını bildirib.