Roma Papası Fransisk Banqoku tərk edərək, Yaponiyaya gedib.
Axar.az xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb.
Onun Yaponiyada Naqasaki və Xirosima şəhərlərini ziyarət edəcəyi vurğulanıb. Papanın Yaponiyada noyabrın 26-na qədər qalacağı bildirilib.
Qeyd edək ki, Yaponiyaya sonuncu dəfə Roma Papası II İohan Pavel 1981-ci ildə səfər edib.