ABŞ hökuməti İranın informasiyalar və kommunikasiyalar naziri Məhəmməd Cavad Azəri Cəhromiyə qarşı sanksiya tətbiq edib.
Bu barədə ABŞ-ın Maliyyə Departamenti məlumat yayıb.
Qeyd edilir ki, belə addım nazirin ölkədəki internet üzərində geniş nəzarəti və senzuranın tətbiqindəki rolu nəzərə alınmaqla atılıb.