ABŞ-da qatar qarşısına çıxan avtomobilə çırpılıb, 3 nəfər ölüb


ABŞ-ın Florida ştatının cənub-şərqində “Amtrak” şirkətinə məxsus sərnişin qatarı minik avtomobilinə çırpılıb. 

APA TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində avtomobildə olan 3 nəfər ölüb. 

Qatarın Mayamidən New-York istiqamətinə hərəkət etdiyi bildirilib. 

Qatarda olan 200 nəfər sərnişindən xəsarət alan olmayıb.

Faktla bağlı Yerli polis tərəfindən araşdırma aparılır.