Son iki-üç il ərzində Əfqanıstanda özlərini İŞİD tərəfdarları hesab edən qruplaşmaların möhkəmləndiyini müşahidə etmişik.
Axar.az xəbər verir ki, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin operativ fəaliyyət idarəsinin direktoru Dominik Ştilxart deyib:
“Mən onların sayı barədə heç nə deyə bilmərəm, ancaq Əfqanıstanda İŞİD-in məsuliyyəti öz üzərinə götürdüyü hücumlara əsasən terror təşkilatının orada möhkəmləndiyini demək olar”.