“Şimal axını 2” layihəsinə qarşı sanksiyalar boru kəmərinin tikintisinə mane olmur.
Axar.az xəbər verir ki, bu iddia ilə “Forbes” jurnalı çıxış edib. Jurnal ABŞ-ın kəmə sanksiya tətbiq etmək məsələsində 1 il gecikdiyini bildirib. Bununla belə “Şimal axını 2”nin Ukrayna üçün şillə olduğu vurğulanıb:
“Əgər Ukrayna tranzit ölkə rolu çərçivəsində enerji bazarın geri dönsə, ABŞ Rusiya qazının idxalına qarşı arqumentlərindən birini itirəcək. O zaman ABŞ-ın Avropaya öz sıxılmış qazının tədarükü çətin olacaq. Bu sanksiyalar çox zəif və çox gecikmişdir. Bu hətta Rusiyanın düşmənlərinin belə xoşuna gəlmir”.