Tehran ABŞ-ın İraqda həyata keçirdiyi əməliyyat nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı Qasim Süleymaninin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib.
APA bildirir ki, bunu bu gün İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.
A. Musəvi deyib ki, İran XİN olayla bağlı siyasi, hüquqi müstəvidə, o cümlədən BMT Təhlükəsizlik Şurası çərçivəsində addımlar atır.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. ABŞ Prezidenti Donald Tramp isə İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.