Türkiyənin dəstəyi ilə Suriyada ibtidai məktəb istifadəyə verilib


Suriyanın Resulayn bölgəsindəki Nukra kəndində uzun müddət PKK/YPG terror qruplaşmalarının qərargahına çevrilən məktəb öz qapılarını yenidən şagirdlərin üzünə açıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilir ki, “Sülh çeşməsi Nukra” ibtidai məktəbi adı ilə fəaliyyətə başlayan təhsil ocağı təmir olunaraq istifadəyə yararlı hala gətirilib. Türkiyənin Şanlıurfa valiliyinin köməyi ilə aparılan təmir işlərində kənd sakinləri yaxından iştirak ediblər.

Türkiyənin 2-ci ordu komandanı, general-leytenant Sinan Yayla və Şanlıurfa valisi Abdullah Ərin açılış mərasiminə qatılıblar.

Məktəbdə təhsil alan şagirdlərə dərs vəsaitləri, kitab və dəftərlər hədiyyə olunub.