Sentyabrdan başlayan yanğınlarda 500 milyona yaxın heyvan tələf olub

Avstraliyada sentyabr ayından başlayan meşə yanğınlarında bu günə kimi 500 milyona yaxın heyvan ölüb.

Lent.az -a Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğınlarda ölən insanların sayı isə 23-ə çatıb.

İsti hava və güclü külək səbəbindən daha da şiddətlənən yanğının dəhşəti NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) tərəfindən çəkilən kosmik görüntülərdə də əksini tapıb.

Avstraliyanın Yanğından Mühafizə Xidməti yanğınların 150 fərqli yerdə aktiv olduğunu, 64-nün hələ də nəzarət altına alınmadığını açıqlayıb.

5 milyon hektar ərazini məhv edən yanğınlarda 1500-dən çox ev yanaraq kül olub.