İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”

Bəzi xarici qüvvələr, xüsusən də İsrailə bağlı bəzi dairələr Məsud Pezeşkianın istefa verməsini səbirsizliklə gözləyirlər.

Axar.az xəbər verir ki, bunu Əli Xameneinin ofisinə bağlı “Keyhan” qəzeti yazıb.

“Bu dairələr hazırda inqilabçı qüvvə adı altında gizlənərək fəaliyyət göstərir”, - qəzet əlavə edib.

Qeyd edək ki, son günlər Məsud Pezeşkianın istefa verməyə hazırlaşdığı, Əli Xameneinin isə buna qarşı çıxdığı barədə məlumatlar yayılıb.