Zooparkdakı şirləri kəsdilər - Falçılara satmaq üçün


Cənubi Afrikada şəhərlərin birində baş vermiş hadisə hər kəsi sarsıdıb.

Trend-in məlumatına görə, zooparkda yaşayan 8 şir pəncələri və üzləri kəsilmiş halda tapılıb.

Şirlərdən yalnız bir bala xilas edilə bilib. Məlumata görə, heyvanların üz və pəncələri falçılara satılıb. Falçıların onlardan dərman yaratmaq üçün istifadə etdiyi deyilir.

Bu hadisədən sonra zoopark bir müddətlik bağlanıb.