Şəxsiyyəti açıqlanmayan Çexiya vətəndaşını sosial şəbəkələrdə zorakılığı və terrorizmi dəstəklədiyinə və təbliğ etdiyinə görə 5 ildən 15 ilədək həbs cəzası gözləyir.
AZƏRTAC xəbər verir ki, Çexiya Baş Prokurorluğu Əfqanıstanda çexiyalı əsgərlərin öldürülməsini bəyənən şəxsin məhz bu cür cəzalandırılmasında israr edirlər. Müttəhim özünün “Facebook” səhifəsində əsgərlərin öldürülməsini bəyənən status yazıb.
Söhbət 2018-ci ilin avqustunda beynəlxalq koalisiyanın qərargahı yanında intiharçı terrorçunun törətdiyi partlayış nəticəsində həlak olmuş üç çexiyalı əsgərdən gedir.