Türkiyə ordusu İraqın şimalında şəhid verib


Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Haftanin bölgəsində xidmət aparan birliklərində xidmət edən biri çavuş, digəri təhlükəsizlik qarovulunun əməkdaşı olmaqla iki döyüşçü şəhid olub.

AZƏRTAC Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, acı hadisə yanvarın 13-də terrorçularla atışma zamanı baş verib.