İsveç İran tərəfindən səhvən vurulduğu açıqlanan Ukrayna təyyarəsində ölən vətəndaşları üçün təzminat istəyib.
“HaberGlobal”ın məlumatına görə, bu barədə İsveçin Xarici İşlər naziri Ann Linde “Twitter” hesabında yazıb.
XİN rəhbəri İranın Stokholmdakı səfiri Seyid Rəsul Mühacirin Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsi ilə bağlı müzakirə üçün nazirliyə çağırıldığını açıqlayıb.
“Səfirə qəzanı araşdırmaq üçün əməkdaşlıq təklif edildi. Sürət və şəffaflıq, eyni zamanda, ölkəmizin zərərçəkmiş vətəndaşlarının qohumlarının ağrılarının az da olsa, əvəzini çıxmaq üçün (İran tərəfindən) məsuliyyəti üzərinə götürmək tələb edildi. İndi bütün diqqətimiz yaşayanlara kömək etməyə yönəlib”, - Ann Linde bildirib.