Livanın şimalındakı Tripoli şəhərində yenidən etiraz aksiyalarına start verilib.
Axar.az xəbər verir ki, etirazçılar yolları bağlayaraq, təkərləri yandırıblar. Onlar hakim elitanı ölkədə davam edən siyasi və iqtisadi böhrana son qoymamaqda ittiham edib.
Paytaxt Beyrutda isə etirazçılar Mərkəzi Bank binasını mühasirəyə alıblar. Şəhərin bəzi nöqtələrində polislə toqquşmalar yaşanıb.
Qeyd edək ki, bundan öncə Livan Prezidenti Mişel Aun Həsən Diabı baş nazir təyin edib. Keçən müddət ərzində Diab yeni hökumət formalaşdıra bilməyib.