İngiltərənin Baş Naziri Boris Conson müstəqillik referendumu üçün Şotlandiya Parlamentinə səlahiyyət verilməsini istəyən Baş Nazir Nikola Sturqeona göndərdiyi məktubda bu tələbi rədd edib.
Xarici mətbuat xəbər verir ki, Boris Conson məktubunda tələb olunan müstəqillik referendumunun səlahiyyətini Böyük Britaniya parlamentindən Şotlandiya parlamentinə verilməsi ilə bağlı tələbi diqqətlə araşdırdığını bildirib.
Conson 2014-cü ildə keçirilən referendumda Şotlandiya xalqının Böyük Britaniyanın tərkibində qalmağa səs verdiyini qeyd edərək, iki hökumətin də nəticələrə hörmət etdiyini xatırladıb.
O, həmçinin Şotlandiya xalqının demokratik seçimini dəstəkləməyə davam edəcəyini, müstəqillik referendumu üçün səlahiyyət tələbini qəbul edə bilməyəcəyini söyləyib.
Yeni müstəqillik referendumunun Şotlandiyanın yaşadığı siyasi durğunluğu davam etdirəcəyini müdafiə edən Birləşmiş Krallığın hökumət başçısı Şotlandiya rəhbərliyini “Birləşmiş Krallıqda birləşməyə” və “ölkənin potensialını üzə çıxarmağa” dəvət edib.