Səudiyyə Ərəbistanı edam rekordunu təzələyib. Haberler.com-un yaydığı məlumata görə, keçən il edam olunanların sayı 184-ə yüksəlib.
Bildirilib ki, edam edilənlərdən 90 nəfəri xarici vətəndaş olub.
Qeyd edək ki, Camal Kaşıkçı cinayəti ilə bağlı beş nəfər də Səudiyyə Ərəbistanında edam olunub.
Məlumat üçün qeyd edək ki, 2014-cü ildə Səudiyyə Ərəbistanında 88 nəfər, 2015-ci ildə isə 157 nəfər edam edilib. Bu rəqəm 2019-cu ildə 184-ə yüksəlib. Bu il isə artıq 4 nəfər edam edilib.