Ruhani: "Gec etiraf etdiyimizə görə üzr istəyirik"

İran Prezidenti Həsən Ruhani Ukraynanın sərnişin təyyarəsinə görə bir daha üzr istəyib.

Axar.az xəbər verir ki, o, sərnişin təyyarəsinin İranın vurmasını gec etiraf etdiyinə görə üzr istədiyini söyləyib.

Ruhani təyyarəni təsadüfən vurduqlarını bir daha deyib:

“Mən gecikməyə və ifadə tərzimizə görə üzr istəyirəm”.