Rusiya Prezidenti Vladimir Putin Baş nazir Dmitri Medvedevə Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini təklif edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Bundan əvvəl, Medvedev prezidentin Federal Məclisə müraciətindən sonra bütün hökumətin istefa edəcəyini bildirmişdi.
Putin Medvedev hökumətinə təşəkkür edib və yeni kabinet formalaşana qədər vəzifələrini yerinə yetirməyi tapşırıb.