Yəmən ordusu əl-Dale əyalətinin qərbində “Husi” qiyamçılarına məxsus sığınacaqları bombalayıb.
AzərTAc xəbər verir ki, əməliyyat nəticəsində 5 qiyamçı, o cümlədən bir zabit öldürülüb.
Qeyd olunur ki, qiyamçılar və hökumət qüvvələri arasında baş verən qarşıdurma saatlarla davam edib. Hər iki tərəfdən yaralıların olduğu bildirilir.