Rusiya XİN təsdiqlədi: Moskva və Ankara İdlibi müzakirə edəcək


Rusiya Xarici İşlər Nazirliyi Moskva və Ankaranın İdliblə bağlı məsləhətləşmələr keçirəcəyini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, ən yaxın vaxtlarda Rusiya nümayəndə heyəti İdlibdə baş verən hadisələri ətraflı müzakirə etmək üçün Ankara yola düşəcək.
ƏTRAFLI
Adsgarden.com

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankara danışıqlarının anonsunu vermişdi.