Virus xəz kralını milyarderlərin sırasından qırağa atıb


 Üst geyimi hazırlayan "Canada Goose" şirkətinin icraçı direktoru Dani Reyss milyarderlərin sırasını tərk edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, buna səbəb koronavirusdur.

​​"Forbes"un yazdığına görə, bir neçə gün əvvəl şirkət yeni tip pnevmoniyanın yayılması ilə əlaqədar alıcılıq qabiliyyətinin xeyli azaldığına dair hesabat təqdim edib. Bu səbəbdən "Canada Goose"un səhmləri 4% enib, bu isə öz növbəsində Reyssin varidatına təsir edib və onu milyarderlərin sırasından qırağa atıb.