Böyük Britaniyadan koronavirusdan ölənlərin sayı 24 saat ərzində 1228-ə çatıb.
Axar.az xəbər verir ki, bu barədə Britaniyanın Xalq Səhiyyə Təşkilatının açıqlamasında deyilib.
Bu zaman kəsiyində virusa yoluxanların sayı isə 2 min 433 nəfər artaraq 17 min 89 olub.
Rəsmi qurumlar kütləvi ölüm hallarının hələ 2-3 həftə boyunca davam edəcəyini bildirirlər.