Moskvada rəsmi işsiz olanlara aylıq 19,5 min rubl (təxminən 415 manat) aylıq kompensasiya veriləcək.
Axar.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin açıqlama verib.
Mer bildirib ki, hazırkı çətin vəziyyətdə çoxlu moskvalı iş yerini itirib. Bildirilib ki, onlara dəstək olmaq üçün kompleks sosial tədbirlər həyata keçiriləcək.
“İlk mərhələdə işsizlərə aylıq kompensasiya veriləcək. Ödəniş avtomatik olacaq, heç bir ərizə alınmayacaq”, - Sobyanin bildirib.
Analoji qərar Moskva ətrafında yaşayanlara da aiddir. Sadəcə, Moskva ətrafında yaşayan işsiz sakinlər 15 min rubl (təxminən 320 manat) kompensasiya alacaq.
Moskva meri regionun işsiz əhalisinin ödənişi 1 apreldən başlayaraq, alacağını bildirib.