Rusiyada sərnişin təyyarəsi qəza enişi edib


Soçi-Moskva reysi ilə hərəkət edən sərnişin təyyarəsi Moskvanın Şeremetyevo hava limanına təcili eniş edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarənin sol mühərrikində yaranmış nasazlıq səbəbindən həyəcan siqnalı işə düşüb.

Bildirilir ki, təyyarədə 161 nəfər olub.