"Vahid Milli Hərəkat partiyası və onun lideri Mixail Saakşvili ölkəyə ziyan verməkdən çəkinsin və onların bu addımı bu günkü vəziyyətdə ölkəyə ən böyük kömək olar"
24News.ge xəbər verir ki, bu sözləri Tbilisi meri, Kaxa Kaladze deyib.
Kaladze bildirib ki, müxtəlif ölkələrdən Gürcüstan vətəndaşlarının təxliyyəsi həyata keçirlir və bu proses qarşıdakı günlərdə də davam etdiriləcək.
Paytaxt merinin sözlərinə görə, dövlət vətəndaşları üçün ehtiyac yaranacağı təqdirdə əlavə tədbirlərə də əl atacaq.